Redaktor seçimi
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Günün xəbəri

İsveç səfirliyi: NATO –Azərbaycan münasibətləri möhkəm əsaslar üzərindədir

 

NATO–Azərbaycan münasibətləri möhkəm əsaslar üzərindədir.

Yenixeber.org xəbər verir ki, bu barədə İsveç səfirliyi NATO Baş katibinin müavini Radmila Şekerinska Azərbaycana səfəri barədə paylaşımında bildirib.

"21 - 22 yanvar 2026-cı il tarixlərində NATO Baş katibinin müavini Radmila Şekerinska Azərbaycana səfər edib. O, xarici işlər naziri Ceyhun Bayramov, Milli Məclisin sədri Sahibə Qafarova və Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov ilə görüşüb. Tərəflər Azərbaycan–NATO tərəfdaşlığının mövcud vəziyyətini nəzərdən keçirib və Ermənistan–Azərbaycan normallaşma prosesi, eləcə də NATO-nun Qara dəniz regionunda sabitliyə dəstəyi kimi bir sıra ortaq maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar”, - paylaşımda qeyd edilib.

Vurğulanıb ki, Radmila Şekerinska Azərbaycanın NATO ilə uzunmüddətli tərəfdaşlığını yüksək qiymətləndirir.

“Bu tərəfdaşlıq artıq otuz ildən çoxdur ki, siyasi dialoq və hərbi qarşılıqlı fəaliyyət, müdafiə təhsili kimi qarşılıqlı faydalı sahələrdə praktiki əməkdaşlıqla təsdiqlənir. Səfərin nəticələri barədə daha ətraflı məlumatı aşağıdakı keçiddən əldə etmək mümkündür. Səfər NATO-nun Azərbaycandakı Əlaqələndirici Səfirlikləri qismində fəaliyyət göstərən Slovakiya və İsveç səfirliklərinin dəstəyi ilə həyata keçirilib",- səfirlik bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam