Redaktor seçimi
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Günün xəbəri

Müharibə dayandırılsa, Zelenski bu sənədi imzalaya biləcək

 

Kiyev və Vaşinqton Ukrayna üçün təhlükəsizlik zəmanətləri üzrə razılığa gəlib, lakin sənəd hələ imzalanmayıb.

Yenixeber.org xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Dünya İqtisadi Forumunda (Davos) ABŞ Prezidenti Donald Trampla bir saatlıq görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.

“Bu gün Amerika heyəti və ABŞ Prezidenti ilə apardığımız söhbətdə dedik ki, təhlükəsizlik zəmanətləri sənədi hazırdır, sənəd tamamlanıb, indi yalnız imzalanmalıdır. Lakin sənəd yalnız müharibə dayandırıldıqdan sonra qüvvəyə minəcək",- deyə Zelenski bildirib.

Sənədin statusu barədə yenidən sual verildikdə o əlavə edib: “Sənədlə işimizi başa çatdırmışıq. Sənəd prezidentlər tərəfindən imzalanmalıdır və sonra parlamentlərə göndəriləcək.”

Zelenski həmçinin vurğulayıb ki, təhlükəsizlik zəmanətləri üzrə razılıq tamamlanıb, lakin ərazi məsələləri hələ həllini tapmayıb və Rusiya tərəfini kompromisə çağırıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam