Redaktor seçimi
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Günün xəbəri

“Səfalı” MTK-nın sakinlərinin şikayətlərinə baxılmır-VİDEO

“Səfalı” MTK-nın sakinlərinin şikayətlərinə baxılmır-

“Səfalı” MTK-dan mənzil alan sakinlər binanın idarə olunmasındakı problemlərdən şikayətçidirlər. Paytaxtın Xətai rayonu, Məhəmməd Hadi küçəsindəki 4 binanın sakinləri “Xəzər Xəbər”ə müraciət ediblər.

Yenixeber.org-un məlumatına görə, onların narazılığı yaşadıqları binanın idarə olunmasındakı problemlərdəndir. İddia edirlər ki, onların bu narazılığını nə MTK eşidir, nə də aidiyyəti qurumlar.

Sakinlər deyirlər ki, “Səfalı” MTK binanın həyətini ayrı-ayrı obyektlərə icarəyə verib, bu da onların ciddi narazılığına səbəb olub.

Binanın komendantı Fuad Həsənov isə sakinlərin iddiaları ilə razılaşmır.

“Səfalı” MTK-nın sədrinin köməkçisi İlqar Əliyev isə sakinləri liftdən səliqəli istifadə etməməkdə ittiham etdi. Binanın həyətinin sakinlərin istifadəsinə verilməməsi, həyətin giriş-çıxışında şlaqbaumun olmaması və sakinləri narahat edən digər problemlərə gəlincə, MTK sədrinin köməkçisi bu suallara aydınlıq gətirmək istəmədiyini bildirərək, dəstəyi asdı.

Sakinlər isə ümid edirlər ki, məsələ ictimailəşdikdən sonra problemləri qısa zaman ərzində həll olunacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam