Redaktor seçimi
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Günün xəbəri

Aİ ilə Türkiyə arasında regional gündəlik və Gömrük İttifaqı sazişinin yenilənməsi müzakirə ediləcək

 

Avropa İttifaqının (Aİ) Genişlənmə üzrə komissarı Marta Kos dəyişən geosiyasi şəraitdə regional sabitlik və nəqliyyat əlçatanlığı, həmçinin ticarət və investisiyalarla bağlı Aİ-Türkiyə əməkdaşlığını müzakirə etmək üçün sabah Türkiyəyə yola düşəcək.

Yenixeber.org-un Avropa Komissiyasına istinadən verdiyi məlumata görə, onun Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz, xarici işlər naziri Hakan Fidan, ticarət naziri Ömer Bolat, eləcə də xəzinə və maliyyə naziri Mehmet Şimşeklə görüşləri gözlənilir.

Komissаr Kos maliyyə naziri ilə birlikdə Türkiyədə "yaşıl keçid"ə töhfə verən kiçik və orta müəssisələr üçün Avropa İnvestisiya Bankının 200 milyon avro məbləğində yeni krediti haqqında müqavilənin imzalanması mərasimində iştirak edəcək.

Səfər zamanı Qara dəniz regionu, Cənubi Qafqaz və Mərkəzi Asiyanı birləşdirən nəqliyyat əlçatanlığı sahəsində regional gündəlik müzakirə olunacaq.

"Aİ və Türkiyə arasında Gömrük İttifaqı məsələsi gündəliyin mühüm hissəsini təşkil edəcək", - məlumatda qeyd edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam