Redaktor seçimi
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Günün xəbəri

Bakıda 5-ci "Avropa Bilik Yarışı" keçirilib –ƏLAVƏ OLUNUB/FOTOLAR

 

Bakıda "Avropa viktorinası" 2026 beşinci intellektual müsabiqəsi keçirilir.

Yenixeber.org xəbər verir ki, müsabiqə Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi tərəfindən Gənc Avropa Səfirləri Şəbəkəsi (GAS) ilə əməkdaşlıq çərçivəsində təşkil olunub.

Builki yarışa maraq rekord səviyyəyə çatıb. Belə ki, iştirak üçün 130-dan çox komanda və 520-dən artıq şəxs müraciət edib.

Müsabiqə ölkənin hər yerindən perspektivli gəncləri - məktəbliləri və ali məktəb tələbələrini bir araya gətirib, Avropa, onun dəyərləri və müxtəlifliyi haqqında biliklərin genişləndirilməsi üçün platforma olub.

Açılış mərasimində çıxış edən Aİ-nin Azərbaycandakı səfiri Mariyana Kuyundziç qeyd edib ki, Avropa İttifaqı ölkə gənclərini dəstəkləyir, qarşılıqlı anlaşma və əməkdaşlığın gücləndirilməsinə çalışır.

Onun sözlərinə görə, məhz gənclər cəmiyyətlər arasında körpülərin qurulmasında mühüm rol oynayır, bu cür təşəbbüslər isə bilik və təcrübə mübadiləsinə kömək edir.

Müsabiqənin finalında 69 iştirakçının təmsil olunduğu 18 komanda iştirak edir. Seçim mərhələlərinin nəticələrinə əsasən finala qalan dörd komanda müəyyən ediləcək.

Qalib komandalara xüsusi mükafatlar verilib, bütün finalçılara isə sertifikatlar təqdim olunub. Mükafatlandırma mərasimində Aİ-nin üzvü olan dövlətlərin səfirləri və diplomatik korpusun nümayəndələri iştirak ediblər.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam