Redaktor seçimi
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Günün xəbəri

Vardanyan təqsirkar olduğunu bilir

 

Bakı Hərbi Məhkəməsi tərəfindən 20 il həbs cəzasına məhkum edilən Ermənistan vətəndaşı Ruben Vardanyanla bağlı yeni xəbər var. 

Yenixeber.org xəbər verir ki, ailəsi tərəfindən yayılan açıqlamada onun hökmdən apellyasiya şikayəti verməyəcəyi bildirilib. Qeyd olunub ki, apellyasiyadan imtina hökmə razılıq anlamına gəlmir və məsələ beynəlxalq instansiyalarda davam etdiriləcək.

Amma hüquq ekspertləri bildirirlər ki, apellyasiya mərhələsindən imtina faktiki olaraq yerli məhkəmə instansiyasında hökmə yenidən baxılması imkanından istifadə etməmək deməkdir. Onların fikrincə, belə addım həm hüquqi perspektivin zəif qiymətləndirilməsi, həm də müdafiə strategiyasının dəyişdirilməsi ilə bağlı ola bilər.

Xatırladaq ki, Vardanyan Azərbaycan Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirli bilinib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam