Redaktor seçimi
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Günün xəbəri

ANAMA müraciət yaydı:... mina təhlükəsi hələ də mövcuddur -FOTOLAR

ANAMA azad edilən ərazilərdə qəbiristanlıqlarda mina təhlükəsi ilə bağlı müraciət edib
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi Novruz bayramı öncəsi vətəndaşlara müraciət edib.
Yenixeberorg: ANAMA-nın görə, agentliyə işğaldan azad edilmiş ərazilərdə yerləşən qəbiristanlıqlara Novruz bayramı günlərində vətəndaş ziyarəti ilə bağlı çoxsaylı müraciətlər daxil olur. "Vətəndaşlarımızın doğma torpaqlara və əzizlərinin məzarlarına baş çəkmək istəyini anlayışla qarşılayırıq. Lakin unutmayaq ki, işğaldan azad edilmiş ərazilərdə mina təhlükəsi hələ də mövcuddur. Qeyd edək ki, bir çox qəbiristanlıqlar minalanmış ərazilərdə yerləşir və bu kimi ərazilərdə mina hadisələri də baş verib. Bu səbəbdən hər kəsi səbirli olmağa və müvafiq dövlət qurumlarının müəyyən etdiyi qaydalara əməl etməyə, bələd olmadığınız ərazilərə daxil olmamağa çağırırıq", ANAMA-dan bildirilib.Agentlik vətəndaşlara aşağıdakıları tövsiyə edib:Yalnız icazə verilmiş və təhlükəsiz elan edilmiş yollarla hərəkət edin;Mina təhlükəsi işarələrinin göstəricilərinə diqqət edin;
Çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməyin;
Tanımadığınız əşyalara toxunmayın, təhlükəli ərazilərə yaxınlaşmayın;
Təhlükə anında aidiyyəti qurumlara məlumat verin (805, 102 və ya 112).
Unutmayın: Bir addım diqqətsizlik həyat üçün təhlükə yarada bilər.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam