Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Dövlət Agentliyinin əməkdaşlarının tibbi təminatı Daxili İşlər Nazirliyinə həvalə olunub

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin (SOMDA) sağlamlığının mühafizəsi və tibbi təminatı Daxili İşlər Nazirliyinə (DİN) həvalə olunub.

Yenixeberorg.biz xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, Dövlət Agentliyi hər il öz tibbi təminat ehtiyaclarını DİN ilə birgə müzakirə edərək təkliflər hazırlayacaq. Bu razılaşdırılmış layihə əsasında Maliyyə Nazirliyi növbəti illərin dövlət büdcəsini tərtib edərkən zəruri vəsaiti birbaşa DİN-in saxlanılması xərclərinin tərkibində nəzərdə tutacaq.

Beləliklə, SOMDA-nın əməkdaşlarına (pensiyaya çıxmış əməkdaşlar da daxil olmaqla) və onların ailə üzvlərinə tibbi xidmətin göstərilməsi, o cümlədən xəstəliklərin profilaktikası, ilkin tibbi-sanitariya yardımı, təcili və təxirəsalınmaz tibbi yardım, ambulator-poliklinik və stasionar tibbi yardım, onların tibbi reabilitasiyası və sağlamlaşdırılmasının təmin edilməsini Daxili İşlər Nazirliyi həyata keçirəcək.

Qərar 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam