Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir yolunun tikintisi üzrə razılaşmanı təsdiqləyəcək


İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir yolunun tikintisi barədə razılaşmanı təsdiqləyəcək.

Yenixeberorg.biz-in məlumatına görə, bunu İran yol və şəhərsalma nazirinin müavini Hoşəng Bazvənd deyib.

Onun sözlərinə görə, 162 kilometrlik Rəşt-Astara marşrutu üzrə torpaqların alınması başa çatıb.

Bazvənd qeyd edib ki, Rusiyanın narahatlıqlarından biri torpaqların alınması işlərinin həyata keçirilməsi olub və Moskva sözügedən prosesin başa çatmasından sonra layihəyə başlayacağını bildirib.

O bildirib ki, Moskva Rusiyada olduğu kimi, layihə üzrə icra müqaviləsinin imzalanması üçün razılaşmanın İran parlamentində və ya Ali Milli Təhlükəsizlik Şurasında təsdiqlənməsini istəyib.

Bazvənd əlavə edib ki, məsələ hazırda Ali Milli Təhlükəsizlik Şurasında təsdiq prosesindədir. Onun fikrincə, Şura maksimum bir neçə ay ərzində layihənin Rusiya ilə birgə həyata keçirilməsi, yaxud İran tərəfindən icra olunması barədə qərar verəcək.

Nazir müavini vurğulayıb ki, İranın məqsədi razılaşma Ali Milli Təhlükəsizlik Şurasında təsdiqləndikdən sonra Rusiya ilə Rəşt-Astara dəmir yolu layihəsinin tikintisinə başlamaqdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam