XİN: Gürcüstanın Tsxinvali bölgəsində keçirilmiş qondarma "prezident seçkiləri"ni tanımırıq

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Gürcüstanın Tsxinvali bölgəsində keçirilmiş qondarma "prezident seçkiləri"nə dair bəyanat yayıb.
Yenixeberorg.biz: Bəyanatda Azərbaycanın Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyi bir daha təsdiqlənib.
"Gürcüstanın Tsxinvali bölgəsində keçirilmiş qondarma "prezident seçkiləri"ni, həmçinin onların nəticələrini tanımırıq", - bəyanatda vurğulanıb.
Xatırladaq ki, Cənubi Osetiyada qondarma "prezident seçkiləri" 18 sentyabr 2026-cı ildə keçirilib.









AZ
RU