Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

"AIIF 2026-dakı müzakirələr regionda əlaqəliliyin artmasına, ümumi rifaha töhfə verəcək"

1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun nəticələri Azərbaycana artan marağı aydın şəkildə nümayiş etdirib.

Yenixeberorg.biz xəbər verir ki, bunu Prezident İlham Əliyev onun himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun (2nd Azerbaijan International Investment Forum – AIIF 2026) iştirakçılarına müraciətində bildirib.

"Ötən il ümumi dəyəri 10 milyard ABŞ dollarından çox olan investisiya sazişləri imzalanıb, bunun 7 milyarddan çoxu qeyri-neft sektorunun payına düşüb", - deyə o qeyd edib.

Dövlət başçısı həmçinin deyib ki, bu il iştirakçıların coğrafiyası daha da genişlənib, beynəlxalq institutlar, investorlar və aparıcı şirkətlər daha geniş şəkildə təmsil olunub ki, bu da həm Azərbaycana olan etimadı, həm də geniş regionun artan iqtisadi əhəmiyyətini əks etdirir.

"Ümid edirəm ki, 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində beynəlxalq investor və tərəfdaş şirkətlərlə mühüm investisiya layihələrinə start veriləcək. Əminəm ki, Bakıdakı müzakirələr konkret təşəbbüslərə və uzunmüddətli əməkdaşlığa təkan verəcək, regionda iqtisadi əlaqələrin möhkəmlənməsinə, əlaqəliliyin artmasına və ümumi rifaha töhfə verəcək. 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumuna uğurlar, bütün iştirakçılara səmərəli müzakirələr, qarşılıqlı faydalı tərəfdaşlıqlar arzulayıram", - deyə İ.Əliyev fikrini tamamlayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam