Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

TIF Almatı hava limanının modernləşdirilməsi ilə nəqliyyat infrastrukturuna investisiya yatırır

Türk İnvestisiya Fondu (TIF) Almatı Beynəlxalq Hava Limanının yenidənqurulması və modernləşdirilməsinə 20 milyon ABŞ dollarınadək vəsait ayırmağı planlaşdırır.

Yenixeberorg.biz xəbər verir ki, fondun ayıracağı vəsait əsas kredit paketinin tərkibinə daxil olacaq.

Məlumata görə, bu hava limanı "Bank of America"nın (BofA) təşkil etdiyi ümumi dəyəri 670 milyon ABŞ dolları olan böyük beynəlxalq maliyyə paketi çərçivəsində ayrılacaq.

Vəsaitlərin uçuş-enmə zolağının və aerodrom infrastrukturunun yenilənməsinə, yük terminallarının gücünün artırılmasına, həmçinin əməliyyat səmərəliliyinin yüksəldilməsinə və hava limanının daha yüksək ekoloji standartlara uyğunlaşdırılmasına yönəldilməsi planlaşdırılır.

Almatı Beynəlxalq Hava Limanı Mərkəzi Asiyanın ən böyük aviasiya qovşağı mövqeyini tutur - Qazaxıstanın bütün yük aviadaşımalarının təqribən üçdə ikisi onun vasitəsilə həyata keçirilir. Hava limanı "Air Astana" aviaşirkətinin əsas bazasıdır və Çini Avropa ilə birləşdirən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM - Orta Dəhliz) strateji halqası funksiyasını yerinə yetirir. Hava limanının illik sərnişin axını 11 milyon nəfərdən çoxdur. Obyektin əməliyyat idarəetməsini Türkiyənin "TAV Airports" holdinqi həyata keçirir.

Bu əqd TİF-nin nəqliyyat infrastrukturu sektoruna ilk investisiyası olmaqla yanaşı, genişmiqyaslı beynəlxalq sindikatlaşdırılmış kreditləşmədə ilk iştirakı olub. Fondda vurğulanıb ki, layihə infrastruktur çatışmazlıqlarının aradan qaldırılmasını, ticarətin təşviqini və türkdilli dövlətlər arasında iqtisadi inteqrasiyanın dərinləşdirilməsini nəzərdə tutan mandatına tam uyğundur.

Maliyyələşmə beynəlxalq ekoloji və sosial standartlara (ESG) uyğun həyata keçirilir.

"İnfrastruktur regional inteqrasiyanın bünövrəsi kimi çıxış edir. Türk İnvestisiya Fondu bu maliyyələşmədə iştirak edərək, əlaqələrin möhkəmləndirilməsinə, daha dayanıqlı ticarət dəhlizlərinin formalaşdırılmasına və bütün türk dünyası məkanında sabit iqtisadi artımın dəstəklənməsinə vəsait yatırır", - məlumatda TIF-in baş direktoru Ramil Babayevin sözləri sitat gətirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam