Emin Əmrullayev: 20 il sonra ictimai həyatda rəhbər qadınların daha çox olacağını proqnozlaşdırırıq

Təxminən 20 il sonra ictimai həyatda rəhbər qadınların daha çox olacağı proqnozlaşdırılır.
Yenixeberorg.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Qızların Təhsilinə Dəstək" layihəsinin 5 illiyi və Hacı Zeynalabdin Tağıyevin qızlar məktəbinin 125-ci ildönümünə həsr olunmuş yubiley tədbirində deyib.
Nazir qeyd edib ki, bütün ölkələrdə təhsil sahəsində aparılan qiymətləndirmə layihələrində 4-cü sinifdəki qızların nəticələri oğlanlardan daha yüksək olur:
"Amma 15 yaşlı uşaqların nəticələrində bu nisbət dəyişir. Həmin müddətdə nə baş verir ki, qızların nəticələri aşağı düşür? Bunun səbəbi daha çox qızların sosial həyatındakı məhdudlaşdırıcı addımlarla əlaqəlidir".
E.Əmrullayev qeyd edib ki, son illər Azərbaycanda həm oğlanların, həm də qızların təhsilində nəticələr yaxşılaşıb:
"Qızların nəticələrində fərq aradan qalxıb. Bu göstərici gələcəyə ümidlə baxmağa imkan verir. Növbəti illərdə oxşar yanaşmalar qorunarsa, hazırda 15 yaşlı qızların 35-40 yaşı olanda ictimai həyatda daha çox rəhbər qadınları görməyi proqnozlaşdırırıq".








AZ
RU