Redaktor seçimi
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
Günün xəbəri

Baş nazir Baş katiblə görüşdü -FOTOLAR

eli-esedov-iet-in-bas-katibi-ile-gorusdu

Azərbaycanın Baş naziri Əli Əsədov oktyabrın 27-də İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi İsmayıl Uld Şeyx Əhməd ilə görüşüb.

Yenixeberorg.az: Görüşdə Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun mədəniyyətlər arasında dialoqun təşviqi, qarşılıqlı etimadın və anlaşmanın möhkəmləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb, İƏT Baş katibinin tədbirdə iştirakı yüksək qiymətləndirilib.

Eyni zamanda İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Bakı Görüşü korrupsiyaya qarşı mübarizədə əməkdaşlığın genişləndirilməsi və qabaqcıl təcrübə mübadiləsi üçün mühüm platforma kimi dəyərləndirilib.

Azərbaycanın İƏT ilə əməkdaşlığa xüsusi əhəmiyyət verdiyi vurğulanıb, təşkilata üzv olduğu 35 illik dövr ərzində ölkəmizin İƏT-in beynəlxalq nüfuzunun və institusional imkanlarının artırılmasına mühüm töhfələr verdiyi qeyd olunub.

İƏT-in Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə ardıcıl və prinsipial dəstəyi yüksək qiymətləndirilib.

Görüşdə Azərbaycanın 2027-ci ildə İslam Zirvə Konfransının 16-cı sessiyasına ev sahibliyi və İƏT-ə sədrliyi ilə bağlı məsələlərə toxunulub, ölkəmizlə təşkilat arasında əməkdaşlığın daha da genişləndirilməsi perspektivləri müzakirə olunub.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam