Redaktor seçimi
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
Günün xəbəri

Türkiyə Egey və Aralıq dənizində güzəştə getməyəcək -RƏSMİ

featured-image-777976

Türkiyə Egey və Şərqi Aralıq dənizindəki qanuni hüquq və mənafelərini bundan sonra da güzəştsiz qoruyacaq.

Yenixeberorg.az: Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) yaydığı bəyanatda bildirilib.

Qeyd olunub ki, bəyanatın yayılmasına Türkiyənin xarici siyasəti ilə bağlı bəzi iddiaların və yazıların ortaya çıxması səbəb olub. Belə ki, XİN rəhbəri Hakan Fidanın Yunanıstanda nəşr olunan qəzetə müsahibə verdiyi iddia edilsə də, nazir yunan mətbuatına müsahibə verməyib.

Bəyanatda bildirilib ki, Hakan Fidanın Brüsseldə beyin mərkəzlərindən birinin təşkil etdiyi tədbirdə verdiyi cavablar kontekstdən çıxarılıb, Türkiyənin Egey və Şərqi Aralıq dənizi siyasəti isə mübahisə mövzusuna çevrilib.

“İndiyə qədər olduğu kimi, bundan sonra da Egey və Şərqi Aralıq dənizindəki qanuni hüquq və mənafelərimizi güzəştə getmədən qorumağa davam edəcəyik. Hər hansı bir dəyişiklik müzakirə mövzusu deyil”, – bəyanatda vurğulanıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam