Jurnalistlər döyüldü -rəsmi qəzet operatoru tənqid etdi

Dünən məktəbdə azyaşlı şagirdin ölümü ilə bağlı çəkiliş zamanı jurnalistlərin döyülməsi cəmiyyətdə müzakirələrə səbəb olub.
Yenixeberorg.az: Elm və Təhsil Nazirliyinin rəsmi qəzeti olan "Azərbaycan müəllimi"nin paylaşımında zorakılığın jurnalistə qarşı tətbiqini haqlı saymadığı qeyd edilsə də, tənqidin əsas hissəsi operatorun davranışına yönəlib. Belə həssas hadisədə jurnalistlərin təhlükəsizliyinə və onlara qarşı zorakılığın yolverilməzliyinə daha aydın münasibət gözlənilirdi.
Paylaşımda hadisə şahidlərinin sözlərinə istinadla bildirilir ki, televiziya operatorundan azyaşlı şagirdlərdən müsahibə almamaq, onların psixoloji vəziyyətini nəzərə almaq dəfələrlə xahiş edilib. İddialara görə, müraciətlərə baxmayaraq çəkiliş davam etdirilib, həyatını itirən şagirdin yaxınlarının razılığı olmadan görüntülər lentə alınıb. Bu davranışların hadisə yerində narazılıq və gərginlik yaratdığı vurğulanıb.
Məktəblilərə belə bir faciədən sonra hansı suallar verilə bilərdi? Onların bəziləri bəlkə də ilk dəfə bu qədər ağır hadisə ilə üzləşib. Psixoloji sarsıntı yaşayan uşaqlardan müsahibə al









AZ
RU