Redaktor seçimi
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Günün xəbəri

İran müharibəsinə xərclənən 30 milyardı “xırda pul” adlandırdı

Tramp İran müharibəsinə xərclənən 30 milyardı “xırda pul” adlandırdı

ABŞ Prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatlara xərclənən 30 milyard dolları “sadəcə xırda pul” hesab etdiyini bildirib.

Yenixeberorg.az: Bu barədə dövlət başçısı “Fox News” telekanalına müsahibəsində danışıb.

“Mən İranla müharibəyə xərclənən 30 milyard dollardan danışan çox axmaq bir konqresmenin çıxışını eşitdim. Bu, sadəcə xırda puldur. Çünki biz Venesuelada bundan dəfələrlə çox pul qazanmışıq”, – deyə Tramp bildirib.

ABŞ liderinin sözlərinə görə, Vaşinqton İranla münaqişədə güc mövqeyindən çıxış edir və tərəflərin razılığa gəlməsi üçün “çox böyük ehtimal” mövcuddur.

Tramp noyabrın 3-də keçiriləcək aralıq Konqres seçkilərindən dərhal sonra İrana qarşı hərbi əməliyyatları bərpa etmək niyyətində olmadığını açıqlayıb.

ABŞ-nin vitse-prezidenti Cey Di Vens də Vaşinqtonla Tehran arasında münaqişənin dayandırılması ilə bağlı aparılan məsləhətləşmələrdə “müəyyən irəliləyiş” əldə edildiyini bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam