Redaktor seçimi
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Günün xəbəri

Zelenski Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələrinin görüşünü elan edib

Rusiya-Ukrayna münaqişəsi üzrə Ukrayna, ABŞ, Avropa ölkələri və NATO nümayəndələrinin görüşü Brüsseldə noyabrın 4-də keçiriləcək.

Yenixeberorg.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bu gün Berlində Almaniya kansleri Fridrix Mertslə mətbuat konfransında bildirib.

Zelenski qeyd edib ki, sabah işlər danışıqlar qrupları səviyyəsində aparılacaq.

Onun sözlərinə görə, Avropa Ukraynanın Rusiya ilə sülhə nail olması prosesində mütləq iştirak etməlidir:

"Biz təhlükəsizlik sahəsindəki bütün çağırışlara, eləcə də bu müharibənin necə və hansı şərtlərlə başa çatmalı olduğu məsələsinə dair vahid Avropa mövqeyini işləyib hazırlamaq üçün əlimizdən gələni edirik. Sülh ləyaqətli olmalıdır və yalnız bu halda o, uzunmüddətli ola bilər. Bu, bizim əsas prinsiplərimizdən biridir. Sabah Brüsseldə bizim komandalarımız da işləyəcək. ABŞ, Avropa, NATO və Ukrayna nümayəndələrinin iştirakı ilə görüşlər keçiriləcək və bu görüşlər zamanı bərpa paketləri və təhlükəsizlik təminatları müzakirə olunacaq".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam