Telefon danışığını rədd etdi...

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya tərəfi ilə telefonla müzakirə aparmağa qarşı olduğunu bildirib.
Yenixeberorg.az: V.Zelenski bu barədə Almaniya kansleri Fridrix Merzlə görüşdən sonra mətbuat konfransında deyib.
"Telefonla danışsaq, Rusiya bundan üzbəüz görüşdən yayınmaq üçün bir fürsət kimi istifadə edəcək”, - deyə Zelenski bildirib.
O, telefon söhbətlərinin nəticə verməyəcəyini əlavə edib.
Bundan başqa, dövlət başçısı müzakirələr üçün Moskvaya səfər etmək təklifini də rədd edib.









AZ
RU