Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

Britaniyanın Aİ-yə qayıdış şərti bəlli oldu

Britaniyanın Aİ-yə qayıdış şərti bəlli oldu

Böyük Britaniyanın Avropa İttifaqına (Aİ) ehtimal olunan qayıdışı və tərəflər arasında gələcək münasibətlərin çərçivəsi yenidən beynəlxalq gündəmin diqqət mərkəzinə gəlib.
Yenixeberorg.az: Bu barədə informasiya Aİ-nin keçmiş Brexit üzrə aparıcı danışıqlarçısı Mişel Barnyenin açıqlamasında yer alıb.
Belə ki, Mişel Barnye Britaniyanın Aİ-yə yenidən qoşulacağı təqdirdə avro zonasına daxil olmaq və vahid valyutaya keçmək məcburiyyətindən yayınmağının mümkün olduğunu bildirib. Lakin o vurğulayıb ki, vətəndaşların sərbəst hərəkəti prinsipi müzakirə mövzusu ola bilməz və London təşkilata bərpa olunmaq üçün bu şərti mütləq qəbul etməlidir. Barnyenin sözlərinə görə, vahid bazara çıxış və tam üzvlük sərbəst hərəkət azadlığı ilə ayrılmaz bağlılıq təşkil edir.
Qeyd edək ki, Böyük Britaniya 2020-ci ildə Aİ-ni rəsmən tərk etdikdən sonra tərəflər arasında ticarət, miqrasiya və təhlükəsizlik sahələrində yeni qaydalar tətbiq olunmağa başlayıb.(modern)
Gülbadan Cümşüdzadə


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam