Fərid Qayıbov Aleksandr Çuprianla yanğın-xilasetmə idmanının inkişafına dair müzakirələr aparıb-FOTO

Gənclər və idman naziri Fərid Qayıbov Bakıda keçirilən yanğın-xilasetmə idmanı üzrə kişilər arasında XXI və qadınlar arasında XII dünya çempionatı ilə əlaqədar ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüşüb.
Yenixeberorg.az: Gənclər və İdman Nazirliyindən verilən məlumata görə, nümayəndə heyətinə Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının prezidenti Aleksandr Çuprian rəhbərlik edib.
Görüş zamanı dünya çempionatının Bakıda təşkilinin əhəmiyyəti, yanğın-xilasetmə idmanının inkişaf perspektivləri və iştirakçı ölkələr arasında peşəkar təcrübə mübadiləsinin genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.









AZ
RU