Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

Şirkət rəhbəri 300 min manatlıq dələduzluqda ittiham olunur -Məhkəmə başlayıb

Şirkət rəhbəri vətəndaşların etibarından sui-istifadə edərək külli miqdarda dələduzluq etməkdə təqsirləndirilir.

Yenixeberorg.az xəbər verir ki, “Azərbaycan Test Portalı” MMC-nin təsisçisi və direktoru Nihad Məmmədov vətəndaşlardan işə düzəltmək adı ilə 300 min manata yaxın pul almaqda ittiham olunur.

Ona Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

İttihama görə, o, işə qəbul edilən vətəndaşlarla əmək müqavilələri bağlasa da, onlara əməkhaqqı ödənilməyib.

Bu gün cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Naxçıvan Ağır Cinayətlər Məhkəməsində hakim Arzuyar Kərimovun sədrliyi ilə keçirilən hazırlıq iclasında tərəflərin anket məlumatları dəqiqləşdirilib, hüquq və vəzifələri izah edilib.

Məlum olub ki, təqsirləndirilən Nihad Məmmədov istintaq dövründə ziyanın 15 min manata yaxın hissəsini ödəyib.

Təqsirləndirilən şəxsin müdafiəçisi müvəkkili barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi barədə vəsatət verib.

Məhkəmə vəsatəti təmin etməyib və cinayət işinin baxışa verilməsi barədə qərar qəbul edib.

Məhkəmənin baxış iclası noyabrın 13-nə təyin edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam