Redaktor seçimi
Yaqub Eyyubovun oğlunun İngiltərədə daşınmaz əmlakları... –
Zaur Mikayılovun oğlunun biznesi ilə bağlı maraqlı detallar üzə çıxdı -
Beyləqan Təhsil Sektorunun müdiri haqqında iddialar:
Deputat Səttar Möhbalıyevin oğlunun Dubaydakı mülkləri... –
Bakıda gənc ailənin mənzil arzusunu kabusa çevirdilər – Yenə Rauf Əliyev, yenə qalmaqal! -
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Günün xəbəri

Birgə hava hücumundan müdafiə sistemi yaradılır

featured-image-782662

Ukrayna və Norveç müdafiə sənayesi şirkətləri birgə yeni hava hücumundan müdafiə sistemi yaradıb.

Yenixeberorg.az: Bu barədə Ukraynanın müdafiə naziri Yevgen Xmara deyib.

Bildirilir ki, Norveç şirkəti olan “Kongsberg” adı açıqlanmayan Ukrayna istehsalçısı ilə əməkdaşlıq, Ukrayna və Norveç hökumətlərinin dəstəyi ilə “Desna” adlı yeni hava hücumundan müdafiə sistemi hazırlayıb.

Son aylarda Norveç bir neçə belə sistem alıb və onları Ukraynaya təhvil verib. Yeni hava hücumundan müdafiə sisteminin əsas məqsədi Rusiyanın hücum dronlarına qarşı durmaqdır. Təhvil verilən sistemlər artıq Ukraynada istifadə olunur.

“Desna” sistemi Norveç şirkəti “Kongsberg” tərəfindən hazırlanmış atəş idarəetmə sistemi ilə inteqrasiya olunmuş Ukrayna istehsalı olan zenit raketləri və buraxılış qurğuları ilə təchiz olunub.

Bundan əlavə, Ukrayna və Norveç Ukraynanın hava hücumundan müdafiə zonasını artırmaq üçün birgə layihələrini daha da genişləndirməyi düşünürlər.

Xmara bildirib ki, “Desna” dronların məhv edilməsində effektivliyini nümayiş etdirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam