İmişli və Saatlının bəzi kəndlərində qaz kəsilib

Bu gün İmişli və Saatlı rayonlarının bir sıra kəndlərinin qaz təchizatında fasilə yaranıb.
Yenixeberorg.az: Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb
Məlumata görə, təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək İmişli rayonunun Qaralar, Cavadxanlı, Bəciravan, Ağcüyür, Qaravəlli, Mirili kəndlərinin, Saatlı rayonunun Naharlı və Məzrəli kəndlərinin qaz təchizatı dayandırılıb.








AZ
RU