Redaktor seçimi
Yaqub Eyyubovun oğlunun İngiltərədə daşınmaz əmlakları... –
Zaur Mikayılovun oğlunun biznesi ilə bağlı maraqlı detallar üzə çıxdı -
Beyləqan Təhsil Sektorunun müdiri haqqında iddialar:
Deputat Səttar Möhbalıyevin oğlunun Dubaydakı mülkləri... –
Bakıda gənc ailənin mənzil arzusunu kabusa çevirdilər – Yenə Rauf Əliyev, yenə qalmaqal! -
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Günün xəbəri

Azərbaycanda genişzolaqlı internetin orta sürəti 10 %-dən çox artıb

Bu ilin oktyabr ayında Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə (93,51 Mbps) görə sentyabr ayına nisbətən 2 pillə geriləyərək 150 ölkə arasında 83-cü olub.

Yenixeberorg.az xəbər verir ki, ötən ay bir il əvvəlki göstərici (84,82 Mbps) ilə müqayisədə ölkədə sabit genişzolaqlı internetin orta sürəti 10,3 % artıb.

Sabit genişzolaqlı internetin sürətinə görə ötən ay birinci yeri Sinqapur (489,51 Mbps), axırıncı yeri isə Əfqanıstan (5,53 Mbps) tutub.

Azərbaycan mobil internetin sürətinə (96,17 Mbps) görə oktyabrda 100 ölkə 2 pillə geriləyərək 49-cu yerdə qərarlaşıb.

Mobil internetin sürətinə görə birinci yeri Birləşmiş Ərəb Əmirlikləri (689,9 Mbps), sonuncu yeri isə Əfqanıstan (20,32 Mbps) tutub.

Hesabat ayında Bakı şəhərinin sabit genişzolaqlı internetin sürətinə görə mövqeyi əvvəlki aya nisbətən 2 pillə irəliləyərək 192 şəhər arasında 92,78 Mbps sürətlə 112-ci yerdə qərarlaşıb.

Şəhərlərin sabit genişzolaqlı internet üzrə reytinqinə Əbu-Dabi (414,86 Mbps) şəhəri başçılıq edib. Sonuncu pillədə Herat (4,71 Mbps) qərarlaşıb.

Azərbaycan paytaxtı ötən ay mobil internetin sürətinə görə 3 pillə geriləyərək 115,12 Mbps sürətlə 149 şəhər arasında 88-ci yerdə qərarlaşıb.

Şəhərlər arasında mobil internetin sürətinə görə birinci yeri Əbu-Dabi (674,11 Mbps), sonuncu yeri Herat (17,97 Mbps) tutub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam