Redaktor seçimi
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Günün xəbəri

“Hökumətin işğıq pulu ilə bağlı arqumenti əsaslı deyil”

ilham saban

"Hökumətin arqumenti əsaslı deyil. Tarif Şurasının qərarında deyilir ki, qiymətləri qaldırmağa səbəb bu sektorda çalışan 18 min nəfərin həyat şəraitini yaxşılaşdırmaq, eləcə də elektrik enerjisinin keyfiyyətini yaxşılaşdırmaqdır:Əsla belə fikirləşmirəm. 2007-ci ildə də elektrik enerjisinin qiyməti 3 dəfəqalxmışdı, amma bunun faydası olmadı və keyfiyyət yaxşılaşmadı”.

Xeberinfo.com:   Bunu Tarif Şurasının işıq pulunu artırmaq qərarını şərh edən Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban Azadlıq Radiosuna deyib.

Onun sözlərinə görə, indiyəcən sözügedən sahəyə büdcədən böyük pullar ayrılıb və əgər bununla keyfiyyəti artırmaq mümkün olsaydı, indiyəcən artırılardı. İlham Şaban hesab edir ki, işıqpulunun artması başqa mal və məhsulların da qiymətinə təsir edəcək. Cüzi də olsa, başqa malların da qiyməti qalxacaq:“İndi də olmasa, gələcəkdə biz bu artımı hiss edəcəyik. Bu pul adamların cibindən gedəcək. O adamların ki, əməkhaqları faktiki olaraq artmır. Neftin qiymətinin azalması dövlətin və onun qurumlarının gəlirlərinin azalması deməkdir. Onların vergi yükü çox olduğundan krediti yükünü qaldırmaq çətinləşib. Hesab edirəm ki, istehlakçıdan 1 qəpiyi kredit yükünün qaytarılması üçün alırlar”.

"Azərenerji"nin 1 milyarddan çox borcu var. "Azərişıq" isə Asiya İnkişaf Bankından 750 milyon dollar kredit almağa hazırlaşır. İlham Şaban hesab edir ki, hökumət elektrik enerjisinin istehsalı ilə bağlı idarəçiliyi yaxşılaşdırmalıdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam