Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Tramp Rusiya üzrə mütəxəssisi Ermənistana səfir təyin etdi- FOTOLAR

    

Tramp Rusiya üzrə mütəxəssisi Ermənistana səfir təyin etdi - FOTOLAR
ABŞ prezidenti Donald Tramp Rusiya və keçmiş sovet ölkələri üzrə mütəxəssis Linn Treysini Birləşmiş Ştatların Ermənistandakı səfiri postuna təyin edib.
 Yenixeber.org: Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb. 

Qeyd edək ki, xanım Linn Treysi karyeralı diplomatdır və hazırda ABŞ Dövlət Departamentində Rusiya məsələləri üzrə baş məsləhətçidir. Bundan əvvəl isə o, ABŞ-ın Moskva, Aşqabad və Astanadakı səfirinin müavini, həmçinin, ABŞ dövlət katibinin Mərkəzi Asiya məsələləri üzrə köməkçisinin birinci müavini vəzifələrində çalışıb. Linn Treysi rus dilində sərbəst danışa bilir. 

Treysi, həmçinin ABŞ-ın Pakistanın Peşəvar şəhərindəki konsulluğunda da çalışıb və oradakı fəaliyyətinə görə şəxsən ABŞ dövlət katibi tərəfindən “Qəhrəmanlığına görə” mükafatı ilə təltif edilib. 

Treysinin Ermənistana səfir kimi namizədliyi ABŞ Senatında baxıldıqdan sonra təsdiq olunmalıdır. 




Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam