Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Rusiya səfirliyi qarşısında etiraz aksiyası olacaq-Yerevanda

 

 

Rusiyanın Yerevandakı səfirliyinin binası qarşısında Gümrüdəki hərbi bazadakı vəziyyətlə bağlı etiraz aksiyası keçiriləcək.

Yenixeber.org: Ermənistan KİV-ləri xəbər verir ki, aksiya dekabrın 25-də olacaq.

Bildirilib ki, Rusiyanın 102 saylı hərbi bazası hərbçilərinin nizamnaməni pozaraq Ermənistan vətəndaşlarının təhlükəsizliyini təhdid etməsi etiraz tədbirinin keçirilməsinə səbəb olub.

Toplanan imzalar aksiya zamanı Rusiyanın Ermənistandakı səfirinə təqdim ediləcək. Etiraz mitinqində Ermənistandakı hakimiyyətin ünvanına da tənqidi fikirlərin səslənəcəyi bildirilib.

Qeyd edək ki, dekabrın 2-də Rusiyanın 102 saylı hərbi bazasının 23 yaşlı hərbçisi 57 yaşlı süpürgəçi Cülyetta Qukasyana işgəncə verərək qətlə yetirməkdə şübhəli bilinir. Hazırda o, bu bazanın ərazisində saxlanılır. Cülyetta Qukasyanın hüquqi varisi hərbçinin Ermənistan hüquq-mühafizə orqanlarına təhvil verilməsini tələb edib. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam