Redaktor seçimi
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Günün xəbəri

DTX əməkdaşları peşə bayramı ərəfəsində iməclik keçirib

 

 

Bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) şəxsi heyəti peşə bayramı ərəfəsində ənənəvi olaraq Bahar iməcliyi keçirib. 

Yenixeber.org: DTX-nin rəhbər işçilərinin, əməkdaşlarının və kursantlarının iştirakı ilə keçirilən iməclik DTX-nin İstirahət mərkəzinin bütün ərazisini əhatə edib, abadlıq və təmizlik işləri aparılıb. 

Sahil boyu toplanan tullantılar, o cümlədən küləyin gətirdiyi sellofan, kağız parçaları və ətraf mühitə ziyanlı digər qalıqlar bir yerə yığılaraq texnika vasitəsi ilə daşınıb. Ərazi quru otlardan təmizlənib, ağaclara qulluq göstərilib, onların dibi açılıb, qurumuş budaqlar budanıb.

Belə aksiyalar ekoloji tarazlığın bərpası və ətraf mühitin qorunması, insanların sağlamlığının təmin edilməsi istiqamətində görülən işlərin davamıdır.

Qeyd edək ki, martın 28-də Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 100 ili tamam olur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam