Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

BMT-nin Baş katibi- Azərbaycan Prezidentinə məktub yazıb

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Yenixeber.org:   Məktubda deyilir:

"Zati-aliləri.

Milli bayramınız - Respublika Günü münasibətilə Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq hissi duyuram.

Dünyanın bu çətin dönəmində beynəlxalq əməkdaşlığa əvvəlkindən daha çox ehtiyac duyulur. “Biz - xalqlar” şüarı altında xoş məramla bir araya gələrək sülhü, davamlı tərəqqini və insan hüquqlarını dəstəklədikdə bütün dünya ölkələri bundan faydalanır.

Sizin bu milli bayramı qeyd etdiyiniz bir vaxtda mən Birləşmiş Millətlər Təşkilatının daha da möhkəmləndirilməsi və daha gözəl gələcək naminə səylərimizin gücləndirilməsi istiqamətində ölkənizin fəal dəstəyinə arxalanıram.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam