Redaktor seçimi
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Günün xəbəri

Türkiyə Vəkillər Birliyi Dilqəm Əsgərov və Şahbaz Quliyevin - girovluqdan azad edilməsinə dəstək verəcək

Azərbaycan Vəkillər Kollegiyası və Türkiyə Vəkillər Birliyi bütün dünyaya Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı, Azərbaycanın üzləşdiyi haqsızlıqlar bəyan edəcək.

Yenixeber.org: Bunu bu gün Azərbaycan Vəkillər Kollegiyası və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycanda vəkillik peşəsi ilə bağlı yubiley tədbirləri çərçivəsində keçirilən “Güclü və nüfuzlu vəkillik – müasir dövrün çağırışları” mövzusunda beynəlxalq konfransda Türkiyə Barolar Assosiasiyasının sədri Mətin Feyzioğlu bildirib.

O qeyd edib ki, yaxın vaxtlarda Naxçıvanda qurumların İdarə Heyətlərinin birgə toplantısı keçiriləcək:

"Azərbaycanın üzləşdiyi haqsızlıqları unutmadıq, unutmayacağıq. Çünki hazırda Azərbaycanın müqəddəs torpaqlarının bir hissəsi işğal altındadır. Təəssüf ki, dünya bu işğala qarşı səssiz qalıb. Azərbaycanın da ən önəmli hədəfi müqəddəs torpaqlarını işğaldan və zülmdən azad etməkdir. Naxçıvanda keçiriləcək toplantımızda da əsas məqsəd dünyaya bu mesajı verməkdir”.

M.Feyzioğlu bildirib ki, bu toplantıda vəkillərimizin qarşılıqlı təcrübə mübadiləsi ilə bağlı da mühüm qərarlar veriləcək.

O əlavə edib ki, Azərbaycan vətəndaşları Dilqəm Əsgərov və Şahbaz Quliyevin girovluqdan azad edilməsi məsələsində nə zaman müraciət edilsə, Türkiyə Vəkillər Bürosu bu məsələdə Azərbaycan Vəkillər Kollegiyasına dəstək verməyə hazırdır: “Azərbaycan Vəkillər Kollegiyası bizdən hansı formada dəstək istəyirsə, biz sizin dünyada sözünüzə sözlə, gücünüzə gücümüzlə dəstək verməyə hazırıq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam