Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Erməni məmurların gizli səs yazısı -MDB ərazisindən yayımlanıb

Erməni məmurların gizli səs yazısı MDB ərazisindən yayımlanıb
"Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin direktoru və Xüsusi İstintaq Xidmətinin rəhbəri Artur Vanetsyanla Sasun Xaçatryanın səs yazısı MDB ərazisindən yayımlanıb".
Yenixeber.org: Bu barədə İstintaq Komitəsinin rəhbəri Ayk Qriqoryan bildirib.

"Fayl Ermənistandan deyil, MDB ərazisindən yayımlanıb. İstintaqın maraqlarına əsaslanaraq konkret yeri açıqlaya bilmərəm", - deyə Qriqoryan əlavə edib.

Səs yazısının Rusiyadan yayılması barədə sualdan Qriqoryan gülərək yayınıb.

Qeyd edək ki, məlum səs yazısında Vanetsyanla Xaçatryan ölkənin keçmiş prezidenti Robert Koçaryan və KTMT-nin o zamanki rəhbəri Yuri Xaçaturov barəsində açılan cinayət işindən danışıblar.

Telefon söhbətində Rusiyanın narazılığını nəzərə alaraq Xaçaturovun əvəzinə günahı sabiq müdafiə naziri Seyran Ohanyanın üzərinə atmağı planlaşdırıblar.

Xatırladaq ki, Artur Vanesyan bu il sentyabrın 16-da istefa verib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam