Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Mehriban Əliyeva Britaniyanın ticarət elçisi ilə görüşüb - FOTOLAR (Yenilənib)

 

Mehriban Əliyeva Britaniyanın ticarət elçisi ilə görüşüb - FOTOLAR (Yenilənib)
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva oktyabrın 31-də Böyük Britaniya Baş Nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson ilə görüşüb.
 Yenixeber.org: Görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında həm ənənəvi enerji sahəsində, həm də qeyri-neft sektorunda əməkdaşlığın geniş spektri müzakirə edildi. Ölkəmizin BP şirkəti ilə 25 ildən çoxdur ki, səmərəli əməkdaşlıq etdiyi qeyd olundu. Vurğulandı ki, hazırda Azərbaycanda qeyri-neft sektorunda Böyük Britaniya şirkətləri üçün yeni imkanlar açılır.

Birinci vitse-prezident Mehriban Əliyeva ölkələrimiz arasında müxtəlif sahələrdə, xüsusilə də humanitar sahədə əlaqələrin inkişafında Böyük Britaniya Baş Nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolsonun rolunu yüksək qiymətləndirdi.

Baronessa Emma Nikolson Azərbaycan ilə Böyük Britaniya arasında uğurlu əməkdaşlığın qurulduğunu bildirərək, bundan sonra da əlaqələrimizin inkişafına töhfə vermək üçün səylərini davam etdirəcəyini vurğuladı. Dünyanın aparıcı neft şirkətlərindən biri olan BP-nin humanitar, o cümlədən təhsil, səhiyyə, ətraf mühitin mühafizəsi sahələrində də əməkdaşlıq etməkdə maraqlı olduğunu bildirdi.

Böyük Britaniya Baş Nazirinin Azərbaycan üzrə ticarət elçisi ölkəmizin inkişafında Birinci vitse-prezident Mehriban Əliyevanın xüsusi rolu olduğunu vurğuladı.









Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam