Redaktor seçimi
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Günün xəbəri

Rafael Cəbrayılov ölkədən qaçmağa hazırlaşır –Sensasion iddia

 

Rafael Cəbrayılov ölkədən qaçmağa hazırlaşır – Sensasion iddia

Adı borc qalmaqalında hallanan keçmiş deputat Rəfail Cəbrayılov üzərinə götürdüyü öhdəliyi yerinə yetirməkdən yayınır.

Yenixeber.org: Məlumata görə, bir müddət əvvəl aldığı külli miqdarda borc qarşılığında deputat mandatını girov qoyduğu bildirilən Milli Məclisin keçmiş üzvü Rəfail Cəbrayılov aldığı pulları hələ də geri qaytarmayıb.

Saytın yazdığına görə, Rəfail Cəbrayılov keçirdiyi mətbuat konfransında verdiyi vədin əksinə və müvafiq məhkəmə qərarlarına baxmayaraq, borclarını indiyə kimi ödəməyib.

Qeyd olunur ki, sabiq deputat borc sahiblərinə yerinə yetirmədiyi vədlər verməklə, onların əsəblərini tarıma çəkməkdədir.

Digər məlumatda isə Cəbrayılovun şəxsi evinin əlindən alındığı bildirilir. Ancaq bu informasiyanı şübhə altına alan başqa məlumat da var.

Həmin informasiyaya əsasən, evini satan Cəbrayılov borclarını qaytarmaq əvəzinə, o pulları da qardaşı kimi xarici ölkələrdən birinə keçirərək, yeni biznes qurmaq hazırlığındadır.

Bunu nəzərə alan borc sahibləri Cəbrayılovun ölkədən çıxışına qadağa qoyulmasına çalışırlar.(yeniçağ)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam