Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Torpaq yolla rayonlara gedib-gələnlər müəyyən edilərək cərimələnəcək —RƏSMİ

 

 

 Sərt karantin günlərindən öncə torpaq yollardan istifadə edərək rayonlara gedən sürücülər müəyyən edilərək məsuliyyətə cəlb ediləcəklər.

Yenixeber.org: Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.


Onun sözlərinə görə, həftə sonu Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri, Salyan, Kürdəmir, Yevlax, İsmayıllı və Abşeron rayonlarında sərt karantin tətbiq edildiyindən bəziləri digər rayonlara gediblər. Həmin şəxslərin rayonlara getməsi karantin polis postlarında da sıxlığa səbəb olub. Bəzi sürücülər rayonlara hərəkət üçün icazəsi olmadığından torpaq yollarla gediblər: "Biz həmin şəxslərə əvvəlcədən xəbərdarlıq etmişdik ki, əgər rayon qeydiyyatı olanlar şəhərdən rayona gedirlərsə, sonra şəhərə buraxılmayacaqlar. Gedənlər arasında ölkə üzrə hərəkətinə icazə verilənlər də var idi. Torpaq yollarla rayona gedib-qayıdanlar texniki vasitələrin köməyi ilə müəyyən edilərək məsuliyyətə cəlb olunacaqlar. Həmçinin, bu həftə sonu yenə sərt karantin tətbiq edilərsə, torpaq yollarda polis naryadları xidmət edəcək və gizli yolla rayonlara gedib-gələnləri aşkarlayacaqlar".(trend)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam