Redaktor seçimi
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Günün xəbəri

İntihar edən merin vida məktubu:“Günahkaram, cəsədimi yandırın”

İntihar edən merin vida məktubu:  “Günahkaram, cəsədimi yandırın”
Ötən gün axşam saatlarında meyiti tapılan Cənubi Koreyanın paytaxtı Seulun meri Park Von Sun yazdığı məktubda bütün vətəndaşlardan və ailəsindən üzr istəyib.
Yenixeber.org: Mer meyitinin yandırılmasını xahiş edib.

Məlumata görə, onun cəsədi Seul Universitetindəki xəstəxanaya təhvil verilib.

“Mən hamının qarşısında günahkaram. Həyatım boyu yanımda olan hər kəsə təşəkkür edirəm. Ağrıdan başqa heç nə verə bilmədiyim ailəm qarşısında həmişə özümü günahkar hiss etmişəm. Cəsədimi yandırın. Əlvida", - mer yazıb.

Xatırladaq ki, dünən polis paytaxt merinin itkin düşdüyünü elan edib və axtarışlarına başlamışdı. O, Seulun mərkəzindəki rəsmi iqamətgahının yaxınlığında meşədə ölü vəziyyətdə tapılıb, üzərində zorakılıq əlamətləri olmayıb. Merin intihar etdiyi müəyyən edilib.

SBS kanalı merin sabiq köməkçisinin təcavüzə məruz qalması barədə məhkəməyə müraciət etdiyini bildirib. Qadın onun başqa qurbanlarının da olduğunu söyləyib. Lakin polis buna münasibət bildirməkdən imtina edib.

Sun 2022-ci ildə keçiriləcək prezident seçkilərində hakim Vahid Demokrat Partiyasının mümkün namizədi hesab edilirdi.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam