Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

“Paris Qarabağ münaqişəsinin həlli üçün əlindən gələni edəcək” -XİN rəhbəri

“Paris Qarabağ münaqişəsinin həlli üçün əlindən gələni edəcək” -  XİN rəhbəri
Fransa Dağlıq Qarabağ münaqişəsinin siyasi həlli üçün hər cür səy göstərəcək.
Yenixeber.org: Bunu Fransanın Xarici İşlər naziri Jan-İv Le Drian ölkə parlamentindəki çıxışı zamanı deyib.

Nazir Ermənistan-Azərbaycan sərhədində baş verən hadisələrin narahatlıq doğurduğunu, xüsusən qarşıdurmaların Qarabağda deyil, dövlət sərhədində baş verdiyini söyləyib.

"Hərbi həll ola bilməz. Siyasi həll yolu tapılmalıdır. Ümid edirəm ki, bunu etmək mümkün olacaq", - deyə XİN rəhbəri əlavə edib.

Onun sözlərinə görə, Paris məsələnin sülh yolu ilə həlli üçün əlindən gələni edəcək. Nazir onu da xatırladıb ki, Fransa Qarabağ nizamlanması ilə məşğul olan ATƏT-in Minsk Qrupunun üç həmsədr ölkəsindən biridir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam