Redaktor seçimi
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
Günün xəbəri

Bakıda “Sağlam Gələcəklərin Proqnozlaşdırılması” qlobal sammiti fəaliyyətə başlayıb

 

Bakıda COP-29-dan qabaq hər il keçirilən “Sağlam Gələcəklərin Proqnozlaşdırılması” Qlobal Sammiti fəaliyyətə başlayıb.

Yenixeber.org xəbər verir ki, sammitin məqsədi səhiyyə sahəsində nailiyyətlərin, iqlim dəyişikliyi kontekstində, dünyada ən həssas icmalara diqqət yetirməklə qorumaq və genişləndirməyə dəstək olmaqdır.

Sammit səhiyyə, iqlim və inkişaf sahələri üzrə qlobal liderləri bir araya gətirəcək və ötən COP28 çərçivəsində Abu Dabidə baş tutmuş sammitin uğuruna əsaslanacaq. Qeyd edək ki, “Sağlamlıq Günü”nü COP28 gündəliyinin ayrılmaz hissəsi kimi rəsmi olaraq Abu Dabidəki sammitdə elan edilmişdi. Bu il yüksək profilli məruzəçilər Azərbaycanda və regionda səhiyyə və inkişaf sektorlarının üzləşdiyi ən son tendensiyalar, çağırışları müzakirə etmək üçün bir araya gələcək.

Tədbirin açılında Azərbaycanın səhiyyə naziri Teymur Musayev, COP29-un müəyyən edilmiş prezidenti və ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, COP29-un baş danışıqçısı və xarici işlər nazirinin müavini Yalçın Rəfiyev çıxış edib. Həmçinin, Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Dr. Tedros Adhanom Qebreyesus tədbirin açılışında video müraciətlə çıxış edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam