Yenixeberorg.az: Noyabrın 9-da ABŞ-da “Dow Jones” indeksi 1 104,02 bənd və ya 2,15% artaraq 52 389,75 bəndə yüksəlib. “S&P 500” indeksi 173,08 bənd və ya 2,35% bahalaşaraq 7 549,94 bəndə, “Nasdaq Composite” indeksi isə 673,72 bənd və ya 2,74% artaraq 25 253,14 bəndə çatıb.
“NYSE Composite” indeksi 2,18% yüksələrək 24 472,62 bənd, Kanadanın “S&P/TSX Composite” indeksi isə 1,84% artaraq 36 446,25 bənd təşkil edib.
Avropa fond bazarlarında da bütün əsas indekslər yüksəlib. “Euro Stoxx 50” indeksi 1,94% artaraq 6 290,45 bəndə, Böyük Britaniyanın “FTSE 100” indeksi isə 1,02% yüksələrək 10 782,87 bəndə çatıb.
Almaniyanın “DAX” indeksi 1,73% artaraq 26 267,19 bənd, Fransanın “CAC 40” indeksi 1,16% yüksələrək 8 233,30 bənd, İspaniyanın “IBEX 35” indeksi isə 1,93% bahalaşaraq 19 742,50 bənd təşkil edib.
Asiya-Sakit okean regionunda da müsbət dinamika müşahidə olunub. Yaponiyanın “Nikkei 225” indeksi 1 417,97 bənd və ya 2,41% artaraq 60 193,47 bəndə, “TOPIX” indeksi isə 1,84% yüksələrək 3 888,53 bəndə çatıb.
Honq-Konqun “Hang Seng” indeksi 0,29% artaraq 24 518,87 bəndə, Çinin “CSI 300” indeksi isə 0,07% yüksələrək 4 058,95 bəndə çatıb.
Avstraliyanın “S&P/ASX 200” indeksi 1,18% artaraq 9 136,20 bənd təşkil edib. Regionun ümumi “MSCI AC Asia Pacific” indeksi isə 1,78% yüksələrək 249,82 bəndə çatıb.
Analitiklərin qiymətləndirmələrinə görə, dünya fond bazarlarında yüksəlişə neft qiymətlərinin kəskin ucuzlaşması və ötən həftəki satışlardan sonra texnologiya səhmlərinin bərpası təsir göstərib.









AZ
RU
