Xankəndidə də atəşfəşanlıq olub -FOTOLAR
Zəfər Günü münasibətilə Xankəndi şəhərində bayram konserti təşkil olunub.
Yenixeberorg.az: Konsert proqramında səsləndirilən vətənpərvərlik ruhlu mahnılar və rəngarəng səhnə çıxışları iştirakçılara bayram əhval-ruhiyyəsi bəxş edib. Sakinlər Zəfər Gününün sevincini, qürurunu və qələbə coşqusunu birlikdə yaşayıblar.
Konsertdən sonra atəşfəşanlıq olub. Gecə səmasını rəngarəng işıqlara bürüyən atəşfəşanlıq şəhər sakinlərinə unudulmaz bayram anları yaşadıb. Xankəndi sakinləri və tədbir iştirakçıları Vətən müharibəsində qazanılan tarixi qələbənin sevincini və qürurunu birlikdə bölüşüblər. Atəşfəşanlıq Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda qazanılmış Zəfərin təntənəsini, xalqımızın birlik və həmrəyliyini bir daha nümayiş etdirib.




















AZ
RU