Redaktor seçimi
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Günün xəbəri

İcra başçılarının 1-ci müavini sərəncamla təyin edilsin –Təklif


Əgər müxtəlif dövlət qurumlarında ixtisarlar aparılırsa,struktur dəyişiklikləri həyata keçirilirsə, rayon və şəhər icra hakimiyyətləri də bu prosesdən kənarda qalmamalıdır.

Yenixeber.org:  Bir neçə şöbələr birləşdirilməlidir.

 Məsələn, Kadrlar şöbəsini Ərazi İdarəetmə Orqanları üzrə şöbəyə birləşdirib vahid şöbə yaratmaq olar. Çünki, RİH-lərdə onlarla lazımsız ştatlarda oturan vəzifəlilərimiz dövlət büdcəsinə yükdür, sahibkarlığa maneədirlər.İcra hakimiyyətlərində təhsilə,mədəniyyətə,səhiyyəyə “baxan”çoxsaylı təlimatçılar kimə lazımdır? Vəzifələri RİH-də oturub öz çıxarları qarşılığında “maklerlik” edən belə şəxslərin ideya və təşəbbüsləri də yoxdur. “Ayım gəlsin, günüm keçsin” düşünənlərlə vidalaşmağın vaxtı çoxdan çatıb.

Digər önəmli olan məsələ isə RİHB-nin 1-ci müavinləri ilə bağlıdır. İcra başçıları kimi,onlar da sərəncam ilə təyin olunsalar daha yaxşı olar. Bunun da başlıca səbəbi ondan ibarətdir ki, rayonlarda 1-ci şəxsdən asılı olan 1-ci müavinlər vəzifələrinin qorunub saxlanması qarşılığında icra başçılarının bütün tələblərinə qatlanmaq məcburiyyətində qalırlar.Bu da ona gətirib çıxarıb ki, artıq bir çox rayonlarda rayon icra başçıları əhalinin nəzərində ali şəxs, 1-ci müavinlər yırtıcı, çapoulçu, qolçomaq kimi formalaşıb.Lazım gəldikdə işdən qovulan da 1-ci müavinlər olur.

Əgər 1-ci müavinlər də sərəncam ilə təyin olunarsa, rayon icra hakimiyyəti başçılarından asılılıqları olmaz və sərəncamla təyin olunduqları səbəbindən məsuliyyətləri artar, əhalini də narazı salmazlar.

Faktinfo.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam