Redaktor seçimi
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Günün xəbəri

Çeçenistanda 27 nəfər güllələnib! -Hakimiyyətin əmri ilə

gull

 

Çeçenistanda hakimiyyətin əmri əsasında 27 nəfər güllələnib. 

 

Yenixeber.org:    «Novaya qazeta»nın yazdığına görə, onların hamısı ötən ilin dekabrında polis əməkdaşının öldürülməsindən sonra keçirilmiş xüsusi əməliyyat nəticəsində tutulanlardı.
Yanvarın 26-da (2017) Qroznıda polis post-patrul xidməti alaylarından birinin dislokasiya olunduğu ərazidə kütləvi qətllər bvş verib. «Novaya qazeta» öldürülmüş 27 nəfərin siyahısını təqşdim edir, amma onların ümumi sayı 56 nəfərə çatır. Siyahıda əsasən, 30 yaşa qədər gənclərin adları gedir, bəzilərinin yaşı isə 20-dir.
Nəşrin məlumatına görə, amansızlıqla qətlə yetiriləndən sonra, onların cəsədlərini müxtəlif qəbristanlıqlara, o cümlədən, xristian qəbristanlığına aparıblar. İddia olunur ki, qətl barədə qərar mərkəzləşmiş qaydada, amma spontan olaraq verilib.
Edam zamanı Çeçenistan güc strukturlarının rəhbərləri, o cümlədən, Ramzan Kadırovun şəxsi mühafizəsinin rəisi Abuzeyda Vismuradov və daxili işlər nazirinin birinci müavini Apti Alaudinov ərazidə olublar.
Qətl barədə qəzetin informasiyasını İstintaq Komitəsindəki və Çesenistan başçısının adminitrasiyasındakı mənbələr təsdiqləyiblər. Bununla belə, nəşr qeyd edir ki, hələlik «Çeçenistanda məhkəməsiz qaydada kütləvi edamlar baş verib» iddiasını təsdiqləmək olmaz. Qəzet cinayət işi qaldırılmasını tələb edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam