KTN-də qalmaqallı təyinata hazırlıq -Çərkəz Şirinov rəis təyin edilir

“Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi”Məhdud Məsuliyyətli Cəmiyyətinin Mərkəzi Aran Regional İdarəsi rəisi vəzifəsinə təyinat olacaq.
Yenixeberorg.az: Məlumata görə, yeni rəis vəzifəsinə vaxtı ilə Mərkəzi Aran Regional İdarəsinin rəisi işləmiş Çərkəz Şirinov yada bacısı oğlu təyin edilmək üzeədi. Məlumata görə Çərkəz Şirinovun həmçinin bacısı oğlunun adı çəkilən quruma rəhbər təyin edilməsini “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi”Məhdud Məsuliyyətli Cəmiyyəti direktorunun müavinləri Fəxrəddin Qəhrəmanovla Həsən Abdullayevin səyi nəticəsində baş vermək üzrədi.
İddialara görə Çərkəz Şirinov 1 il öncə Fəxrəddin Qəhrəmanovla Həsən Abdullayevə Mərkəzi Aran Regional İdarəsinin rəisi vəzifəsinə təyin edilməsi üçün 30 min manat pul verib. Ancaq Fəxrəddin Qəhrəmanovla Həsən Abdullayev bu bir ildə Çərkəz Şirinovu köhnə vəzifəsinə qaytarmağa çalışsalarda alındıra bilməyiblər.
Çərkəz Şirinovun Mərkəzi Aran Regional İdarəsinin rəisi təyin edilməsinin qarşısını nazir Məcnun Məmmədov kəsib. Ancaq bu dəfə Fəxrəddin Qəhrəmanovla Həsən Abdullayevin nazir Məcnun Məmmədovu hansısa yollarla “razı” saldığı bildirilir. Məlumata görə Mərkəzi Aran Regional idsrəsinin rəisi və vəzifəsinə Çərkəz Şirinovun yada onun bacısı oğlu rəis təyin ediləcək.
Qeyd edək ki, Çərkəz Şirinov Mərkəzi Aran Reginal İdarəsinin rəisi işlədiyi vaxt dövlətə külli miqdarda ziyan vurmasına görə, haqqında bir neçə maddə ilə cinayət işi qaldırılaraq işdən azad edilmişdi. Ancaq daha sonra Çərkəz Şirinov cinayət məsuliyyətindən azad olunub və yenidən əvvəlki vəzifəsinə qayıtmağa çalışırdı. Fəxrəddin Qəhrəmanovla anlaşdıqdan sonra Ağdərə rayonunda yerləşən idarəyə rəis müavini təyin edildi. Bildirək ki, cinayət məsuliyyətindən azad olmaq,
Çərkəz Şirinovun sadalanan cinayətləri törətmədiyi anlamına gəlmir. Belə ki,məhkəmədə cinayət işini araşdıran hakim Azərbaycan Respublikasının CM 73-1.2maddəsini əsas götürərək cinayət işinə xitam verir və Çərkəz Şirinovu cinayət məsuliyyətindən azad edir.
Azərbaycan Respublikasının CM 73-1.2 maddəsində deyilir:Bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir.
Çərkəz Şirinova şamil edilmiş Azərbaycan Respublikasının CM 73-1.2 maddəsin də aydın görünür ki,o yuxarıda sadalanan cinayəti törədib, cinayət nəticəsində vurulmuş ziyanı tam ödəyib, ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödədikdən sonra cinaət məsuliyyətindən azad olub.
Bir vaxtlar rəhbərlik etdiyi qurumu xaosun kandarına gətirmiş,idarəetməni şəxsi təsərrüfatına çevirən Çərkəz Şirinovun yaxud yaxın adamının yenidən rəis təyin edilməsi isə nazir Məcnun Məmmədov idarəçiliyi üçün biabırçılıq ola bilər.(bizimesr.info)









AZ
RU