Redaktor seçimi
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
Günün xəbəri

600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -Dubaydan Bakıya uzanan müəmmalı hadisə

Dubayda 600 min dollarlıq qalmaqal: İranlı iş adamı Murad Həsənov və atasını ittiham edir

Dubayda 600 min dollarlıq dələduzluq iddiası – 6 lüks avtomobilin taleyi sual altındadır

Yenixeberorg.az: Dubayda avtomobil alqı-satqısı ilə məşğul olduğu bildirilən Murad Həsənov və onun atası Qurban Həsənov barədə iranlı iş adamı tərəfindən səsləndirilən iddialar gündəmə gəlib.

İranlı iş adamının iddiasına görə, avtomobil alqı-satqısı məqsədilə Murad Həsənova etibar etdiyi və nəticədə ümumilikdə 600 min ABŞ dolları və 6 ədəd lüks avtomobilin taleyi ilə bağlı ciddi problemlə üzləşdiyi bildirilir.

           Əməkdaşlıq əvvəlcə etimad yaradıb

Şikayətçinin sözlərinə görə, əməkdaşlığın ilkin mərhələsində Murad Həsənov müxtəlif avtomobillər alaraq ona göndərib. Bu proses tərəflər arasında qarşılıqlı etimad yaradıb və sonrakı mərhələdə daha böyük məbləğlər üzrə avtomobil alqı-satqısına başlanılıb.

İş adamının iddiasına əsasən, iyulun 5-də növbəti avtomobillərin alınması məqsədilə Murad Həsənova pul göndərilib. Bundan sonra isə onun vəsaiti qəbul etmək üçün getdiyini bildirdiyi, daha sonra telefonlarının söndürüldüyü və əlaqənin kəsildiyi iddia olunur.

“Dubay polisi saxlayıb” – sonradan suallar yaranıb

Əlaqə saxlaya bilməyən iranlı iş adamı Murad Həsənovun atası Qurban Həsənova müraciət edib.

Şikayətçinin iddiasına görə, Qurban Həsənov oğlunun Dubay polisi tərəfindən saxlanıldığını bildirib. Daha sonra isə Murad Həsənovun vəkil məsələsinin həlli üçün iş adamından əlavə 11 min ABŞ dolları alındığı iddia edilir.

Lakin sonrakı araşdırmalar zamanı bu məlumatın həqiqiliyi ilə bağlı şikayətçidə suallar yaranıb.

Murad Həsənov həmin vaxt Bakıda olub?

İranlı iş adamının sözlərinə görə, verilən məlumatlardan şübhələndikdən sonra məsələni özü araşdırmağa başlayıb.

Onun iddiasına əsasən, araşdırma zamanı Murad Həsənovun həmin dövrdə Dubayda həbsdə olması ilə bağlı məlumatların həqiqətə uyğun olmadığı, əksinə, onun Bakıda olduğu barədə məlumat əldə edilib.

Şikayətçi həmçinin iddia edir ki, Murad Həsənovun həmin müddətdə müxtəlif məclislərdə və əyləncə xarakterli tədbirlərdə iştirak etməsi ilə bağlı məlumatlar da ortaya çıxıb.

Əgər bu məlumatlar təsdiqini taparsa, Murad Həsənovun Dubayda saxlanıldığı barədə verilən məlumatla onun eyni vaxtda Bakıda olması arasında ciddi ziddiyyət yaranır.

600 min dollar və 6 avtomobil haradadır?

Şikayətçinin iddiasına görə, o, Qurban Həsənovdan oğlunun qəbul etdiyi vəsait və avtomobillərlə bağlı açıqlama tələb edib.

İş adamının sözlərinə görə, Qurban Həsənov bu məsələdə pul və əmlakla maraqlanmadığını bildirib.

Bununla belə, əsas suallar hələ də açıq qalır:

600 min ABŞ dolları haradadır?

6 lüks avtomobilin hazırkı taleyi necədir?

Şikayətçinin təqdim etdiyi məlumatlarda avtomobillərin bir qisminin Azərbaycana gətirildiyi və müxtəlif şəxslərin adına rəsmiləşdirildiyi iddia olunur.

Bu çərçivədə Qasımzadə Vilayət, Məmmədova Rəna və digər şəxslərin adları hallanır.

Bundan başqa, Murad Həsənovun sözügedən vəsait hesabına Bakıda villa aldığı və müxtəlif markalı avtomobillərdən ibarət lüks kolleksiya yaratdığı da iddia edilir.

Söhbətin Range Rover, BMW, Mercedes, Hyundai, Kia, Toyota və digər markalı avtomobillərdən getdiyi bildirilir.

Araşdırma zamanı hansı məsələlər aydınlaşdırılmalıdır?

Səsləndirilən iddiaların hüquqi baxımdan araşdırılması zamanı pul köçürmələri, avtomobillərin alqı-satqısı və rəsmiləşdirilməsi ilə bağlı sənədlər, eləcə də həmin nəqliyyat vasitələrinin son olaraq kimin adına keçirildiyi mühüm

Hadisənin digər diqqətçəkən tərəfi isə şikayətçinin İran vətəndaşı olan iş adamı olmasıdır.

Xarici vətəndaşın Azərbaycanda yüz minlərlə dollar və bir neçə lüks avtomobillə bağlı bu cür ciddi iddialar səsləndirməsi məsələnin aidiyyəti qurumlar tərəfindən araşdırılmasını zəruri edir.

Əgər məsələ yalnız tərəflər arasındakı kommersiya mübahisəsidirsə, bunun hüquqi müstəvidə həlli mümkündür. Lakin araşdırma nəticəsində dələduzluq, mənimsəmə və ya digər qanun pozuntuları müəyyən edilərsə, həmin faktlara hüquqi qiymət verilməlidir.

Hazırda isə əsas suallar bunlardır: 600 min dolların və 6 lüks avtomobilin taleyi necə olub, 11 min dollar hansı məqsədlə alınıb və avtomobillər kimin adına rəsmiləşdirilib?("Realazerbaycan")


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam