Taleh Kazımov: Biznes kreditləşməsi üzrə tələblərimiz sərt deyil

Azərbaycan Mərkəzi Bankının (AMB) biznes kreditləşməsi üzrə prudensial tələbləri beynəlxalq təcrübə ilə müqayisədə yumşaqdır.
Yenixeberorg.az xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov pul siyasəti qərarına həsr olunmuş mətbuat konfransında bildirib.
O, bank sektorunda izafi likvidliyin artmasının Mərkəzi Bankın kredit şərtlərini sərtləşdirməsi ilə bağlı olması barədə fikirlərlə razılaşmadığını qeyd edib.
Taleh Kazımovun sözlərinə görə, daha sərt tələblər əsasən istehlak kreditləşməsinə aiddir. Biznesin, xüsusilə kiçik və orta sahibkarlığın, kənd təsərrüfatının və ixracyönümlü fəaliyyətin maliyyələşdirilməsi üzrə tələblər isə daha yumşaqdır.
O, noyabrda qüvvəyə minəcək dəyişikliklərin yalnız sərtləşdirmədən ibarət olmadığını, müəyyən yumşalmaları da nəzərdə tutduğunu vurğulayıb. İstehlak kreditləri üzrə sərtləşdirmələrin məqsədi isə kreditləşməni azaltmaq deyil, daha aşağı riskli kreditləşməni təmin etməkdir.









AZ
RU