Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

“Aryevin Azərbaycanla bağlı fikirləri onun şəxsi mövqeyidir”

 

Ukraynanın Azərbaycandakı səfirliyi Ali Radanın deputatı Vladimir Aryevin Azərbaycana dair fikirləri ilə bağlı bəyanat yayıb.
"Xeberinfo.com":  Səfirliyin mətbuat xidmətindən APA-ya daxil olan bəyanatda bildirilir ki, Ukrayna Ali Radasının (parlament) üzvü, AŞPA vitse-prezidenti Vladimir Aryevin mətbuatda yer alan Azərbaycan hakimiyyəti ilə bağlı çıxışları onun şəxsi mövqeyidir və Ukraynanın Azərbaycana münasibətini ifadə etmir.
  
“Rəsmi Kiyev iki ölkə arasında mövcud strateji tərəfdaşlıq kursunun gücləndirilməsini dəstəkləyir. Ukrayna tərəfi onun suverenliyi və ərazi bütövlüyünə davamlı dəstəyə görə Azərbaycan rəhbərliyinə minnətdarlığını bildirir. Öz növbəsində, rəsmi Kiyev Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi məqsədilə Dağlıq Qarabağ münaqişəsinin tezliklə beynəlxalq səviyyədə həllinin xeyrinə çıxış edir”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam