Redaktor seçimi
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Günün xəbəri

Yekatrinburqdan Qarabağa 500 hərbçi göndəriləcək?-Rusiyanın Mərkəz Hərbi Dairəsi təkzib edir

 

Rusiyanın Mərkəz Hərbi Dairəsinin mətbuat xidməti Yekatrinburqdakı hərbi hissələrdən birindən mart ayı ərzində Qarabağa 500-ə yaxın hərbi qulluqçunun sülhməramlılar qismində göndəriləcəyinə dair xəbərləri təkzib edib.

Yenixeber.org: Bu haqda yerli “Veçernie Vedemosti” portalı (https://veved.ru/eburg/news/life/159287-v-cvo-oprovergli-informaciju-ob-otpravke-voennyh-iz-ekaterinburga-v-nagornyj-karabah.html) bildirir.

Hərbçilərin Qarabağa göndəriləcəyinə dair məlumatı da elə həmin mənbə və bəzi digər saytlar yayıb. Bildirilirdi ki, Yekatrinburqdakı 32-ci hərbi şəhərcikdən sülhməramlılar qismində martın 20-dən 30-nadək 500-ə yaxın hərbçinin göndərilməsinə hazırlıq gedir. Ezamiyyətin müddəti yarım ildir. Ezamiyyətdən imtina etmək imkanı isə verilmir, çünki bu halda hərbçilər xüsusi maddə ilə xidmətdən azad ediləcəklər.

 

“Bəzi kütləvi informasiya vasitələrində guya Yekatrinburqdakı hərbi hissələrdən birindən hərbçilərin Dağlıq Qarabağa göndəriləcəyinə dair yayılmış informasiyalar həqiqətə uyğun deyil”,-Mərkəz Hərbi Dairəsinin mətbuat xidməti bildirir.

 Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putinin sərəncamına əsasən Dağlıq Qarabağda yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin tərkibində xidmət edən hərbçilərin hər 6 aydan bir rotasiyası nəzərdə tutulur. Həmin 6 aylıq müddət isə aprelin 10-da başa çatır. Yəni aprelin 10-dan etibarən 1960 nəfərlik Rusiya kontingentinin tərkibi yenilənməlidir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam