Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Rusiya Finlandiya sərhədinə də ağır hərbi texnika yerləşdirir - VİDEO

Rusiya indi də Finlandiya sərhədinə ağır hərbi texnika yerləşdirir – VİDEO

Finlandiya və İsveçin NATO-ya daxil olması ehtimalının ardından hərəkətə keçən Rusiya ordusu Finlandiya sərhədinə ağır hərbi texnika yerləşdirməyə başlayıb.

Yenixeber.org: Dünən axşam yüklənən təsdiqlənməmiş videoda Rusiyanın müdafiə raket sisteminin sərhədin Rusiya tərəfində, Helsinkiyə aparan yolda hərəkət etdiyi görünür.

Onların raket sistemləri, təyyarədaşıyan döyüş qrupları da daxil olmaqla, suüstü gəmiləri çıxarmaq üçün nəzərdə tutulmuş “K-300P Bastion-P” mobil sahil müdafiə sistemi olduğu hesab edilir.

Bu, Finlandiyanın Baş naziri Sanna Marinin hökumətinin NATO-ya üzvlük üçün müraciət edib-etməməsi ilə bağlı “müzakirəni yayın ortasına qədər bitirəcəyini” gözlədiyini söylədiyi vaxta təsadüf edir.

Kremlin sözçüsü Dmitri Peskov dünən Moskva bəyanatında İsveç və Finlandiyanın NATO-ya qoşulma ehtimalını dəyərləndirib. NATO-nun münaqişə aləti olduğunu vurğulayan Peskov:

“NATO sülh və sabitliyi təmin edən bir ittifaq deyil, Alyans münaqişə alətidir. Alyansın daha da genişlənməsi, şübhəsiz ki, Avropada təhlükəsizliyi artırmayacaq”, – deyib.

Milli təhlükəsizliyinin təhlükə altına düşəcəyini bildirən Rusiya İsveçin, eləcə də qərb qonşusu Finlandiyanın Alyansa daxil edilməsinə qarşıdır.(Daily Mail)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam