Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

 Ukrayna ordusu Rusiyanın 1000 kv.km-dək ərazisinə nəzarəti ələ keçirib -RƏSMİ

Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində əməliyyatları davam edir. Hazırda Rusiya Federasiyasının 1000 kvadrat kilometrə yaxın ərazisi Ukrayna ordusunun nəzarəti altındadır.

Yenixeber.org: Bunu Ukrayna Silahlı Qüvvələrinin ali baş komandanı Aleksandr Sırski Baş Qərargahın iclasında bildirib.

“Biz bütün əsgərlərə və komandirlərə göstərdikləri mətanətə və qətiyyətli hərəkətlərinə görə minnətdarıq”, - deyə iclasda iştirak edən Ukrayna prezidenti Vladimir Zelenski vurğulayıb.

Eyni zamanda Zelenski əlavə edib ki, daxili işlər nazirinə və digər rəsmi şəxslərə və təhlükəsizlik qüvvələrinə əməliyyatın keçiriləcəyi ərazi üçün humanitar plan hazırlamaq tapşırılıb.

Prezident bundan başqa qeyd edib ki, Koordinasiya Qərargahına, Baş Kəşfiyyat İdarəsinə, Ukrayna Təhlükəsizlik Xidmətinə və Daxili İşlər Nazirliyinə Ukrayna xalqının Rusiya əsarətindən qayıtması üçün aydın və şəffaf strategiya hazırlamaq tapşırılıb.(UNİAN)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam