Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

60-dan çox jurnalist vəzifə borcunu yerinə yetirərkən öldürülüb -BU İL

2024-cü ildə 60-dan çox jurnalist vəzifə borcunu yerinə yetirərkən öldürülüb
2024-cü ildə vəzifə borcunu yerinə yetirərkən 60-dan çox media işçisi öldürülüb. Fələstinli jurnalistlər arasında xüsusilə yüksək itki qeydə alınıb.

Yenixeber.org: Bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türkün noyabrın 1-də verdiyi bəyanatda deyilir.

“Jurnalistlərə qarşı törədilən cinayətlərə görə cəzasızlığa son” beynəlxalq günü münasibəti ilə Türk cari və əvvəlki illərin statistikasına istinad edib.

“2023-cü ildə 71 jurnalist və media işçisi öldürülüb, 300-dən çoxu isə həbs edilib. Qadın jurnalistlər tez-tez fiziki zorakılığa çevrilə bilən onlayn təcavüzün hədəfinə çevrilirlər. Artıq bu il 61 jurnalist vəzifə borcunu yerinə yetirərkən – çox vaxt münaqişələr, iqlim dəyişikliyi və ya digər böhranları işıqlandırarkən həlak olub”, - deyə mətndə deyilir.

Jurnalistlərin öldürüldüyü hər 10 cinayətdən təxminən səkkizinin cəzasız qaldığı qeyd edilir.

O həmçinin hökumətlərin hücumların qarşısını almaq, jurnalistləri qorumaq və günahkarları məsuliyyətə cəlb etmək üçün daha çox iş görməli olduğunu bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam